Təbriz Universitetinin İqlimşünaslıq kafedrasının professoru, Planlaşdırma və Ətraf Mühit Elmləri fakültəsinin üzvü Doktor Bəhruz Sari-Sərraf Urmu gölündə yaşanan iqlim problemindən danışıb.
O, Urmiya gölünün dirçəliş qərargahının strukturunun milli səviyyədən əyalət səviyyəsinə dəyişdirilməsini pis hal hesab edib:
“Biz məsələni beynəlmiləlləşdirmək və bu gölü xilas etmək üçün dünya ölkələrindən alimləri İrana dəvət etmək əvəzinə, dirçəliş qərargahını millidən yerli qərargahına çevirdik.” – deyə o bildirib.
Doktor Sarı Sərəf ötən qışda Urmiya gölünün bərpası üçün Yaponiyanın 4,5 milyon dollarlıq yardımına toxunub: “Gölün su təchizatı layihələrində istifadə oluna biləcək bu böyük məbləğdə vəsait məqsədyönlü şəkildə xərclənməlidir.” O hazırki tendensiyanın davam edəcəyi təqdirdə gölün tamamilə məhv olacağını bildirib.
Şərqi Azərbaycan Regional Su İdarəsinin bildirdiyinə görə, göl yatağının 31 faiz kiçilməsi, vilayətin yeraltı su anbarlarında beş milyard kubmetrdən çox su çatışmazlığı, eləcə də Urmu gölünün suyunun həcminin kəskin azalması bölgənin əsas problemlərindəndir.