Təbrizli yeniyetmələr sərbəst üslubda düzənli hokkey üzrə ölkə çempionatında rəqiblərini məğlub edərək birincilik qazanıblar.
Bu silsilə matçlarda Təbrizin yeniyetmə qızlardan ibarət “Sayman” komandası ilk oyununda İsfahan komandasını 6-0, ikinci oyununda Tehran komandasını 3-2, üçüncü görüşdə isə Tehranın ikinci komandasını 2-0, dördüncü görüşdə Qəzvin komandasını 7-0, final matçında isə daha bir İsfahan komandasını 2-0 hesabı ilə məğlub edib.
Həmçinin, Təbriz komandasının oyunçusu Anil Əbdi 12 qol və 5 məhsuldar ötürmə ilə çempionatın qadın qolçusu seçilib.