Tənzilə Rüstəmxanlı: “Paşinyanın Rəşid Behbudovun “Azərbaycanım” mahnısının sədaları altında addımlaması reallığı əks etdirir”

by Samir Asadli

“Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Hakopyanın Çin sədri Si Cinp və birinci xanım Pen Liyua ilə görüş zalına daxil olarkən “Azərbaycanım” musiqisinin səslənməsi, doğurdan da, cəmiyyətdə böyük maraqla qarşılandı. Düzdür, musiqi cəmi bir neçə saniyə sonra dayandırılıb, ola bilər, bu təsadüfdür, amma əksəriyyət hadisəni təsadüfi saymayaraq, bunu simvolik bir məqam kimi dəyərləndirib”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

“Əlbəttə, reallıq tədbirin texniki tərəflərini hazırlayan qrupa bəllidir. Lakin bir məsələ həqiqətdir ki, bu gün Ermənistanın qlobal arenaya çıxışı, böyük iqtisadi layihələrdə iştirakı məhz Azərbaycandan asılıdır və bu yol ölkəmizlə barışdan keçir. Bu mənada, Çin kimi nahəng, dünyanın siyasi və iqtisadi güclərindən birinin paytaxtında Ermənistan Baş nazirin böyük sənətkarımız Rəşid Behbudovun  “Azərbaycanım” mahnısının sədaları altında addımlaması təsadüf olsa belə, reallığı əks etdirir, simvolikdir”, – deputat bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK