“Traktor” Çempionlar Liqasında ilk xalını qazandı

by Samir Asadli

Futbol üzrə Asiya Çempionlar Liqasında I tura start verilib.

Təbriz təmsilçisi “Traktor” Birləşmiş Ərəb Əmirliklərində “Əl-Əhli Dubay” klubunun qonağı olub.

Sentyabrın 16-ı yerli vaxtla axşam saat 19:30-da “Əl-Rəşid” stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

Təbriz təmsilçisinin heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan “Traktor” komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin “Əl-Vahda” klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK