Görkəmli türk yazıçısı, illüstratoru və tədqiqatçısı Rəhim Baqqal Əsgəri İran kəşfiyyatçıları tərəfindən heç bir konkret səbəb olmadan həbs edilib.
Rəhim Baqqal Əsgəri İranşəhri hərəkatının qatı tənqidçisi və İrandakı türklərin milli kimliyinin müdafiəçisidir. Onun həbsi bir daha göstərdi ki, İran rejimi mədəniyyət və kimlik sahəsində istənilən fərqli səsə qarşı repressiya və zorakılıqla qarşılıq verir.