Urmiya gölündə duz fırtınası başlayıb

by Samir Asadli

Urmiya gölündə duz fırtınası böhranı rəsmi olaraq başlayıb və ölkənin şimal-qərb bölgəsinin böyük hissəsini təhdid edir.

Bununla bağlı yerli media məlumat yayıb.

Mütəxəssislər əvvəlcədən xəbərdarlıq etmişdilər ki, gölün quruması duz fırtınalarına səbəb ola , bölgədə insan həyatı və kənd təsərrüfatı üçün təhlükə yarada bilər.

Aparılan araşdırmalara görə, bu tufanlar duz hissəciklərini yaxınlıqdakı şəhər və kəndlərə daşıyaraq sakinlər arasında müxtəlif xəstəliklərin, xüsusn xərçəng xəstəliklərinin yayılmasına səbəb olacaq.

Mütəxəssislər bu hadisəni təkcə ölkənin şimal-qərbinə deyil, həm də İranın böyük bir hissəsinə təsir edəcək ekoloji və sağlamlıq fəlakəti hesab edirlər.

Qeyd edək ki, son məlumatlara görə, Urmiya gölü tamamilə quruyub və peyk görüntülərində müşahidə olunmur.

İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmiya gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK