Urmu gölü tamamilə yox olmaq üzrədir

by Samir Asadli

Urmu gölününü yayımlanan son peyk şəkli gölün bu yay demək olarki tamamilə quruduğunu və göldə olan su miqdarının minimum səviyyəyə endiyini göstərir.

Bu haqda İran mediası məlumat yayıb.

Bildirilib ki,  Urmua gölünün suyunun səviyyəsi hazırda 1,14 milyard kubmetrdir və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,44 milyard kubmetr, uzunmüddətli orta göstərici ilə müqayisədə isə 15,19 milyard kubmetr azalma deməkdir.

Qeyd edək kİ, Urmu gölünün minimum ekoloji su səviyyəsi 15 milyard kubmetr, maksimum ekoloji su səviyyəsi isə 30 milyard kubmetr olmalıdır.

Buna görə də, gölün hazırkı su səviyyəsi onun tamamilə quruması anlamına gəlir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK