15 il əvvəl Urmu gölünün quruması məsələsi gündəm olsa da, bunun qarşısının alınması prioritet olmayıb.
“Urmu gölünün quruması səbəbindən duzlu toz havaya daxil olub və bir çox yüksək təzyiq və ürək problemlərinin səbəbi, görünür, bu duzlu tozlardır, ona görə də səhiyyə və tibb elmləri sahəsi bu məsələyə qarışmalıdır”,- o bildirib.
Qeyd edək ki, Urmu gölünün qurumuş yatağından qalxan duzlu toz fırtınaları geniş əraziləri əhatə edir.
Bu, bölgənin kənd təsərrüfatına vurduğu ziyanla yanaşı ətraf ərazilərdə yaşayan əhalinin səhhətində də ciddi problemlərin yaranmasına səbəb olub.
Son illər həmin bölgələrdə xərçəng, ağ ciyər və müxtəlif növ tənəffüs xəstəlikləri əhəmiyyətli dərəcədə artıb.