“Gölün sulu olduğu illərdə hər il yüz minlərlə hər növ quş bu yerə köç edirdi, lakin bu il burada daha quş qalmayıb.”
İRNA-nın məlumatına görə, Şirpanceh daha sonra bildirib ki, hazırda su çatışmazlığı səbəbindən gölə gedən çay mənsəblərində quşlar görünmür.
“Bu günlərdə göl köçəri quşlar üçün prioritet deyil. Çünki onun yatağında quşlar üçün nə su, nə də yemək var.” – deyə o bildirib.
Qeyd edək ki, NASA-nın Urmu gölünün son görüntüsünə görə, göl tamamilə quruyub.