Ətraf mühit fəallarının yaydığı yeni görüntülər və məlumatlar göstərir ki, Urmu gölünün keçən il hələ də su olan quzey hissəsi indi tamamilə quruyub.
Yayımlanan görüntülər arasında əvvəllər dayaz su içində qalan və hazırda tamamilə quru ilə əhatə olunmuş “Həmzə” gəmisinin vəziyyəti böhranın şiddətinin simvolu kimi qeyd edilib.
İran rəsmilərinin Urmu gölünün qəsdən qurudulması fəlakətinin simvollarından birinə çevrilən bu gəmiyə İran bayrağını sancması diqqət çəkir.