Urmunun Bakeri stadionunda milli şüarlar səsləndirilib

by Samir Asadli

18 sentyabr 2025-ci il tarixində Birinci Divizion Futbol Liqasının dördüncü həftəsi çərçivəsində Urmunun “Doxsan” komandası ilə Gilanın “Damaş” komandası qarşılaşıb.

Urmunun Bakeri stadionunda baş tutan oyunda iştirak edən xanım azarkeşlər milli şüarlar səsləndiriblər.

Səsləndirilən “Dağlar başı dumandı bura Azərbaycandır.” şüarı ilə yanaşı izləyicilər Urmu gölünün qurudulmasına da öz etirazlarını bildiriblər.

Xatırladaq ki, daha öncə 12 sentyabrda “Traxtor” ilə Güney Azərbaycanın başqa komandası olan “Aluminium Arak” arasında baş tutan oyunda da Urmu gölünün qurumasına etiraz edən, ana dilində təhsil tələb edən milli şüarlar səsləndirilmişdi.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK