Culfadan olan fəal Yılmaz Mehrəlibəyli 30 iyul 2025-ci il çərşənbə günü Təbriz Kəşfiyyat İdarəsindən Culfa Həbsxanasına köçürülüb.
O, insan haqları və siyasi məhbusların müdafiəsi sahəsində dinc fəaliyyətinə görə əvvəllər də həbs edilmiş və təzyiqlərə məruz qalmışdır.