əbrizdə hava çirkliliyi – Məktəblər bağlandı

by Samir Asadli

Təbriz və Sofiyan şəhərlərində havanın çirklənməsi və həssas yaş qruplarına təhlükə törətdiyinə görə, dekabrın 25-də hər iki şəhərdə məktəblərtətil elan edilib.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəs məlumat yayıb.

Məlumatda bu qərarın şagirdlərin sağlamlığını qorumaq və hava çirkliliyinin mənfi təsirlərini azaltmaq məqsədilə qəbul edildiyini bildirib.

Bununla yanaşı, Təbriz bələdiyyəsi şəxsi avtomobillərin istifadəsini azaltmaq üçün bu gün avtobus və metro xidmətlərini pulsuz edəcək.

Qeyd edək ki, dekabrın 24-də Təbrizdə hava keyfiyyəti indeksi 152-ə çatıb,  bu da ümumi əhali üçün təhlükəli hesab olunur.

Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İstilik Elektrik Stansiyalarının məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK