Panfarslar və şahçılar Azərbaycanın görkəmli yazıçısı Qulamhüseyn Səidinin qəbrinə qarşı misli görünməmiş təhqir əməli törədiblər.
1936-cı ildə Təbrizdə doğulan yazıçı əsərlərini fars dilində qələmə alıb.
İranda şah rejiminə qarşı mübarizə başlananda Qulamhüseyn Səidi bu hərəkatı alqışlayanlardan olur. Lakin 1979-cu ildə İranda qələbə çalan islam inqilabı onun ümidlərini doğrultmur. Bu səbbədən yazıçı 1982-ci ildə Fransaya mühacirət edir. Onun Keyhan”, “İttilaat”, “Ayəndeqan”, “Azadi”, “Rəhayi” və s. qəzet və jurnallarda məqalələri dərc olunmuşdur. Yazarın “İlxıçı”, “Qaradağ”, “Körfəz kənarında xoş bir kölgə”, “Sadə havaşünaslıq”, “Ah-nalə”, “Şəhərdə bir qərib”, “Top”, “Gülərüzlü tatar” kimi bir çox əsərləri vardır.
Qulamhüseyn Saidi 23 noyabr 1985-ci ildə, 49 yaşında Parisdə dünyasını dəyişib.