Aydın Məhəmmədi 1 iyun 2025-ci il bazar günü Evin həbsxanasından azad edilib.
Qeyd edək ki, Aydın Məhəmmədi İslam İnqilabı Məhkəməsinin hakimi Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən iki ittihamla: “İran İslam Respublikası əleyhinə təbliğat” və “ölkənin daxili/xarici təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə ümumilikdə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanlı fəal apellyasiya şikayəti vermək hüququndan imtina edib və bundan sonra onun bir illik cəzasının 3 ayı şərti cəza kimi verilib.