Həmədan şəhərindən olan tələbə hərəkatı fəalı Şəhab Bayat həbs cəzasının icrası üçün Həmədan Ümumi və İnqilab Məhkəməsinin hökmlərin icrası bölməsinə çağırılıb.
Bildirilib ki, yanvarın 28-də məhkəmədən fəalın ailəsinə zəng edilib və onun 6 aylıq həbs cəzasını çəkmək üçün yanvar 29-da Həmədan Ümumi və İnqilab Prokurorluğuna getməsi istənilib.
Tələbə hərəkatı fəalı 2023-cü ilin oktyabrında Həmədan İnqilab Məhkəməsində “hökumətə qarşı təbliğat”da günahlandırılıb.
Bayat daha əvvəl 2022-ci il dekabrın 14-də Həmədan İnqilab Məhkəməsində 3 aylıq həbs cəzası alıb. Birinci məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən Bayatın cəzası Apellyasiya Məhkəməsi tərəfindən həbs cəzasının 2 il 9 ay müddəti şərti edilib.
Qeyd edək ki, Şəhab Bayat 2022-ci il oktyabrın 31-də keçirilən ümumii etirazlar zamanı həbs edilmişdi, mbir müddət sonra 300 milyon tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.