“Borçalı Mehralı bəy tarixi həqiqətlərdə”

by Samir Asadli

Atatürk Mərkəzində akademik Va­leh Hacıların “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” kitabının təqdimatı keçiri­lib. Kitabda XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində yaşamış, Osmanlı hərb tarixində mühüm iz qoymuş Mehralı bə­yin həyat və döyüş yolu elmi mənbələr əsasında geniş şəkildə araşdırılır, tarixi qaynaqlar və xalq yaddaşında qorun­muş rəvayətlər əsasında təqdim olunur. Müəllif onun təkcə qaçaq hərəkatının nümayəndəsi deyil, həm də peşəkar hərbçi və sərkərdə kimi formalaşmasını elmi yanaşma ilə şərh edir.

Əsərdə 1877–1878-ci illər Rusiya–Os­manlı müharibəsində Mehralı bəyin fəa­liyyətinə xüsusi yer ayrılıb. Onun rəhbər­lik etdiyi birliklərin rus ordusuna ciddi zərbələr endirdiyi və Qarsın müdafiəsində mühüm rol oynadığı bildirilir. Göstərdi­yi xidmətlərə görə Sultan II Əbdülhəmid tərəfindən “Məcidiyyə” nişanı ilə təltif olunduğu qeyd edilir.

Müəllif göstərir ki, Sultan II Əbdülhə­midin göstərişi ilə Qarsın Acıyurd bölgəsin­də məskunlaşan sərkərdə, əsasən, qarapapaq türklərindən ibarət 40-cı Həmidiyyə Süvari Alayını formalaşdırır. Bu hərbi birlik Os­manlı imperiyasının şərq sərhədlərinin qo­runmasında və müxtəlif əməliyyatlarda fəal iştirak edən ən döyüşkən süvari dəstələrdən biri kimi xarakterizə olunur. Mehralı bəyin bu dövrdə həm Sultan II Əbdülhəmidin, həm də Baş Komandan Əhməd Muxtar Pa­şanın etimadını qazandığı vurğulanır.

Borçalı igidinin Bağdad bölgəsində baş vermiş üsyanın yatırılmasındakı rolundan da bəhs olunur. Bu hadisə Mehralı bəyin hərbi təcrübəsinin və təşkilatçılıq bacarı­ğının nümayişi kimi təqdim olunur. Qeyd edilir ki, regionda yaranmış gərgin vəziy­yət fonunda onun rəhbərlik etdiyi süvari dəstə qısa müddət ərzində döyüş hazırlığı və çevik manevr imkanları ilə fərqlənərək qiyamın genişlənməsinin qarşısını alıb.

Qiyamın yatırılmasından sonra onun üsyançılarla bağlı sərt cəza tədbirləri­nin əvəzinə əfv edilmələri üçün təşəbbüs göstərməsi xüsusi vurğulanır.

Kitabın əsas bölmələrindən biri də Yəmən yürüşünə həsr olunub. XX əs­rin əvvəllərində Osmanlı hakimiyyətinə qarşı qaldırılan qiyamın yatırılması üçün Yəmənə göndərilən Mehralı bəy ağır iq­lim şəraiti və xəstəlik səbəbindən 1906-cı ildə orada vəfat edir. Onun ölümü Osman­lı cəmiyyətində böyük kədər doğurur və müxtəlif bölgələrdə xatirəsinə yas məra­simləri keçirilir.

Müəllifin qənaətinə görə, Anadolu coğrafiyasında “İkinci Koroğlu”, “İkin­ci Battal Qazi” kimi tanınan Mehralı bəy təkcə Borçalının deyil, bütövlükdə, Türk dünyasının qəhrəmanlarından biridir. Dar­vaz kəndindən olan bu qarapapaq türk oğlu Borçalıdan Osmanlı imperiyasına uzanan şərəfli bir sərkərdə ömrü yaşayıb.

“Borçalı Mehralı bəy tarixi həqiqətlər­də” kitabı yalnız bir qəhrəmanın bioqrafi­yası deyil, eyni zamanda XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz ilə Anadolu arasında baş verən hərbi-siyasi proseslərin, Borçalı qarapapaqlarının tarixinin və Türk dünyasının ortaq yaddaşının tədqiqi baxı­mından mühüm elmi mənbə kimi dəyər­ləndirilir.

P.ƏFƏNDİ

XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK