Gürcüstandakı azərbaycanlılara hüquqi yardım göstərildi

by Samir Asadli
Gürcüstanda fəaliyyət göstərən “Azərbaycan Evi” ilə “QANUN” Hüquqi Yardım Mərkəzi arasında imzalanan Memoranduma əsasən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov “Azərbaycan Evi”ndə öncədən qeydiyyatdan keçmiş, hüquqi problemi olan, Marneuli, Bolnisi və Dmanisi rayonlarının sakinlərini qəbul edib.

Diaspora.TV xəbər verir ki, qəbulun 8-ci günündə 18 nəfər Gürcüstan vətəndaşı soydaşımızın problemləri dinlənilib.

Onların problemlərinin (vətəndaşlıq, müvəqqəti yaşama qeydiyyatı, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyəti dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.

Qeyd edək ki, qəbul günləri davam edir və soydaşlarımız bu xidmətdən yararlanmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilər:

Tel: +995 599 10 96 90

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK