Güney Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadə Təbrizdə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Həbs səbəbləri, fəalın yeri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb. Ailəsi və yaxınları onun vəziyyəti ilə bağlı məlumatın olmamasından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Kərim İsmayılzadə Güney Azərbaycan türklərinin hüquqları uğrunda göstərdiyi sivil fəaliyyətə görə dəfələrlə İranın təhlükəsizlik agentləri tərəfindən həbs edilib və təzyiqlərə məruz qalıb.