Kərkükdə Türkmən Şairlər Evi açılıb

by Samir Asadli

Mərkəzi ofisi Ankarada yerləşən 10 saylı Kərkük Kültür Dərnəyi Kərkükdə yaranmasının ildönümü ilə əlaqədar görülən silsilə tədbirlər çərçivəsində Kərkükdə Türkmən Şairlər Evinin açılışı olub.

Newscenter.az xəbər verir ki, bu münasibətlə “Türkmən şairlər məclisi” təşkil olunub. Həmçinin Assosiasiya tərəfindən ilk dəfə olaraq 2023-cü ilin ulduzları mükafatları təqdim edilib.

İraq Ədəbiyyat və Yazıçılar Birliyi Türkmən Mədəniyyət Bürosunun dəstəyi ilə baş tutan şairlər məclisində Ərbil, Kərkük, Tuzhurmətu, Bağdad, Ankara, İstanbul və Almaniyadan 40-a yaxın şair iştirak edib.

Tədbirdə həmçinin, Əmmar Kahya, Üsam Vendavi, Mehdi Bzok, Seyyit Haşım Kamil, Av. Fehmi Kasım, Nevzat Koryalı, Necat Kevser, Rıfat Ədalət, Ercüment Bayraktar, Mehmet Dabbağ, Ülkem Tütüncü, Veli Yağmuroğlu və digər önəmli şəxsiyyətlər iştirak ediblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK