Marağanın qiymətli abidələrindən biri olan Xudayari tarixi evi İran mədəni irs rəsmilərinin səhlənkarlığı və Azərbaycandakı tarixi abidələrin düşünülmüş şəkildə məhv edilməsi siyasəti ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Azərbaycanda tarixi abidələrin sistemli şəkildə dağıdılması Rza xanın dövründə başlayıb və bu gün də davam edir. İran hökuməti türklərin mədəni-tarixi abidələrini aradan qaldırmaqla Azərbaycan türklərinin assimilyasiyası və kimliyinin dəyişməsi prosesinə şərait yaratmağa çalışır.