Milli fəal Vahid Əbhərinin ailəsinə zənglər edilir və onlara təzyiq göstərilir
Milli fəalın anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra o SEPAH-ın qərargahında olub və sorğu-sual edilib.
Nəzərinizə çatdıraq ki, Vahid Əbhərinin valideynləri yaşlıdır, nitq və eşitmə qüsurludurlar.
Qeyd edək ki, Vahid Əbhərinin həbsindən sonra təhlükəsizlik əməkdaşları bu milli fəalın ata evinə basqın edərək evdə axtarış aparıblar.