Qaşqay türklərinin dəstəyi ilə ərsəyə gələn “Güney hərbçiləri” sənədli filmi İranda keçirilən SİMA Sənədli Film Festivalının ən yaxşı filmi olub

by Samir Asadli

Qaşqayın “Güney hərbçiləri” sənədli filmi İranda keçirilən 8-ci Sima Sənədli Film Festivalında xalqın səsverməsi ilə ən yaxşı sənədli film seçilib.

“İndiyə qədər müxtəlif festivallarda aldığım bütün mükafatlar arasında bu mükafat mənim aldığım ən mühüm və ən şirin mükafatdır, çünki onu xalqın əlindən alıram” – deyə filmin rejissoru Əli Boləndnəzər bildirib.

Əli Boləndnəzər da türkcə video yayımlayaraq Qaşqay türklərinden təşəkkür edib:

“Bu mükafat biz birləşdiyimiz zaman böyük işlər görə biləcəyimizi göstərir. Hamınıza təşəkkür edirik. Ümid edirəm ki, bundan sonra da sizin dəstəyinizlə Türk Qaşqay mədəniyyətini dünyaya göstərə biləcəyik”.- deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, sənədli film Birinci Dünya Müharibəsinin ortasında Solət əl Dövlə Qaşqayın rəhbərliyi altında Qaşqayların göstərdikləri cəsarətin və fəaliyyətin bədii-tarixi təsviridir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK