Qaşqay türklərinin milli geyiminin Lurların adına rəsmiləşdirilməsindən sonra sosial mediada Qaşqay Türkləri tərəfindən etiraz çağırışları yayımlanıb.
Qeyd edək ki, son günlərdə İran hökumətinin Qaşqay türklərinin ənənəvi və milli geyiminin Lur adına qeydiyyata alması və bunun uydurma şəkil və video görüntülərlə təbliğ edilməsi Qaşqaylar arasında narazılığıa səbəb olub.
Məsələyə münasibət bildirən “Baydaq News” bu addımı Türk Qaşqay xalqının mədəni kimliyinə açıq-aşkar təhqir və İran hökumətinin Qaşqatlara qarşı açıq bölücü siyasətinin təzahürü adlandırıb.
Qaşqay Türkləri İranın güneyində ən böyük etnik qruplardan biridir və sayları 3 milyona yaxındır. Onlar Kohgiluyə, Çaharmahal və Bəxtiyari, İsfahan, Fars və Buşehr vilayətlərində yaşayırlar.