Qaşqay türkü fəal Bəhnam Vəziri həbs edilib

by Samir Asadli

Qaşqay türklərinin tanınmış fəalı və bu xalqın mədəni və tarixi irsinin müdafiəçisi Behnam Vəziri təhlükəsizlik qüvvələri tərəfindən iki aydan çoxdur həbs edilib

Vəziri son illərdə Tehranda Qaşqay irsinin talanması və təhrif edilməsinə qarşı, xüsusilə də ənənəvi Qaşqay geyimlərinin qorunması sahəsində çoxsaylı görüşlərdə fəal iştirak edib və nümunəvi əzmkarlıqla Qaşqay xalqının mədəni hüquqlarını və tarixi şəxsiyyətini müdafiə edib.

Bu fəaliyyətlərin sivil və dinc xarakter daşımasına baxmayaraq, nəinki onun səyləri qiymətləndirilməyib, o, hətta həbsə məruz qalıb və iki aydan çox vaxt keçməsinə baxmayaraq, ona qarşı heç bir ittiham irəli sürülməyib.

Həmçinin onun həbsinin necə baş verməsi, dəqiq vaxtı məlum deyil.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK