Milli fəal Həsən İbrahimi Şiran Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Səlvətinin rəhbərlik etdiyi 15-ci şöbə tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanın milli fəallarına qarşı belə ağır hökmlərin verilməsinə baxmayaraq demokratiya və insan haqlarını müdafiə etmək iddiasında olan rejimə müxalif kimi görünən farsdilli media qurumları nədənsə bu ağır cəzalar haqqında səssiz qalırlar.