Şuşada Türk dünyası tədqiqatçı və arxeoloqlarının I toplantısı

by Samir Asadli

Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Arxe­ologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı Şuşada Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin ilk toplantısı keçirilib.

Azərbaycan, Türkiyə, Qa­zaxıstan, Qırğızıstan, Monqo­lustan, Macarıstan, Özbəkis­tan və Tatarıstanın tanınmış elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirak et­diyi məclisdə Türk Akade­miyasının prezidenti Şahin Mustafayev toplantının Azər­baycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində keçirilməsinin rəmzi məna da­şıdığını vurğulayıb. O, müasir dünya el­minin çağırışlarına uyğun Türk dünyası arxeologiyasının qarşısında duran fəaliy­yət istiqamətləri barədə konsepsiyanın əsas tezislərini açıqlayaraq bildirib ki, ARICA-nın məqsədi əməkdaşlığı təşviq etmək, birgə tədqiqatlar, ekspedisiyalar hə­yata keçirmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etməkdir.

AMEA Arxeologiya və Antropologi­ya İnstitutunun direktoru Fərhad Quliyev işğaldan azad edilmiş Azərbaycan torpaq­larında aparılan bərpa və quruculuq işləri kontekstində arxeoloqların üzərinə düşən vəzifələrdən danışıb. Sonra tədbir iştirak­çıları “Türk-islam irsinin tədqiqatları” və “Türk xalqlarının Avrasiyada mədəni təsir­ləri” mövzuları üzrə sessiyalarda təqdimat­larla çıxış ediblər.

Məclisin ilkin nəticəsi Türk Dünya­sı Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin yaradılması olub. Toplantının qətnaməsində Türk dünyasının arxeoloji irsinin araşdırılmasında qarşılıqlı əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK