Təbriz Vətəndaşlıq Qeydiyyatı idarəsinin rəsmiləri 4 aydın kimliksiz qalmasına baxmayaraq Asena adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtinadə edir.
“Qızımız 2025-ci il aprelin 22-də dünyaya gəlib və biz ona Asena adını seçmişik. Təbriz Vətəndaşlıq Qeydiyyatı rəsmiləri əvvəlcə bildiriblər ki, sistem həmzə işarəsinin Asena adına daxil edilməsinə icazə vermir. Biz onlara Maidə və Faizə adları üçün niyə belə bir problemin olmadığını soruşduqda onlar bizə qanun belə olduğunu dedilər. Bundan sonra biz məsələ ilə bağlı məhkəməyə müraciət etdik. Məhkəmə bizim xeyrimizə qərar versə də Təbriz Vətəndaşlıq Qeydiyyatı idarəsi əlavə olaraq Tehrandan da icazə almalı olduğumuzu bildirdi. Bu səbəbdən qızımız 128 gündür doğum haqqında şəhadətnaməsiz qalıb.” – deyə o bildirib.
Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.
Ekspertlər hesab edir ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin ad seçmək hüququ”nun təmin edilməsindən keçir.