Təbrizdə məhbus fəalların fotoları yayılıb

by Samir Asadli

Təbrizin müxtəlif bölgələrində həbs edilən milli fəalların posterləri yayılıb.

Divarlara yapışdırılan posterlərdə “Azadlıq, Ədalət, Milli hökumət!” şüarları yazılıb, qondarma ittihamlarla həbs edilən fəalların azadlığı tələb edilib.

Onların hüquqlarının müdafiəsi, azərbaycanlıların və hüquq müdafiəçilərinin diqqətini cəlb etmək üçün oxşar aksiyaların keçiriləcəyi bildirilib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK