Təbrizdə Urmu gölünün qurumasına etiraz; Urmu gölünün ölümü Azərbaycanın ölümüdür

by Samir Asadli

Təbrizdə bir qrup ətraf mühit fəalı İran hökuməti tərəfindən Urmu gölünün qurudulmasına etirazlarını plakatlarla nümayiş etdiriblər.

Qaldırılan plakatlarda “Azərbaycan Urmu gölü olmadan yaralıdır, gölünün ölümü günahsız insanların ölümü, həyatın ölümü, Azərbaycanın ölümüdür” yazıları həkk olunub.

Son illər  ətraf mühit fəalları, Azərbaycan milli hərəkatının fəalları Urmu gölünün quruması fəlakətinin fəsadları barədə insanları maarifləndirməyə çalışıb və hakimiyyətə xəbərdarlıq etməklə yanaşı, Urmu gölünün dirçəldilməsini tələb ediblər. İran hökuməti isə Urmu gölünün bərpası tələblərinə qarşı Azərbaycan xalqının repressiya siyasətini davam etdirir.

Ekoloji ekspertlərin fikrincə, Urmu gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükəyə atır və bölgə sakinlərinin məcburi köçünə səbəb olacaq.

Urmu gölünün quruması və toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi təkcə bölgə əhalisi və İran ölkəsi üçün yox, həm də beynəlxalq ekoloji təhlükədir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK