Təbrizdəki ağaclardan sonra Urmuda da ağaclar quruyur

by Samir Asadli

Təbrizdə ağacların vaxtından əvvəl quruması ilə bağlı xəbərlərin yayılmasından sonra bu dəfə Urmmu küçələrində 80 yaşlı çinarların quruması sosial mediada gündəm olub.

Qərbi Azərbaycan valisinin inkişaf işləri üzrə kordinator müavini Yasir Rəhbərdin məsələ ilə bağlı deyib: Urmunun bəzi küçələrində, o cümlədən Danişkədə küçəsində ağacların qurumasının səbəblərinin araşdırılması gündəmdədir və lazımi tədbirlər tam şəkildə həyata keçirilir.

Həmin ağacların suvarılması üçün kifayət qədər su ayrıldığını diqqətə çatdıran nazir deyib: “Həmin ağacların qurumasının əsas səbəbi araşdırılır və su qıtlığını olması iddiası qəbuledilməzdir”.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycan ağaclarının qurumasına səbəb Urmu gölünün quruması nəticəsində yaranan iqlim dəyişikliyidir.

Ötən həftə Şərqi Azərbaycan Kənd Təsərrüfatı və Təbii Sərvətlər Tədqiqat və Təhsil Mərkəzinin rəhbəri Əhməd Bayburdi demişdi: “Ağaclarımız və yaşıllıqlarımız iqlim şəraitinə görə xəstəliklərə qarşı həssaslaşıb.İqlim dəyişdikdə və belə şiddətli istilər baş verəndə ağaclar ətraf mühitə uyğunlaşmaq üçün böyüməyi dayandırır, yarpaqları tez saralır.”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK