Evin həbsxanasına saxlanılan Tahir Nəqəvinin durumu ağır olaraq qalır.
Əlavə oalraq, məlumata görə, üç Azərbaycanlı fəal, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Araz Seyfxah həbsxana müdirinin Tahir Nəqəvinin durumu ilə bağlı tədbir görüləcəyinə dair söz verməsindən sonra xoşməram nümayiş etdirərək aclıq eyləmlərini dayandıraraq yerlərinə qayıdıblar.
Lakin Vədud Əsədi və Tahir Nəqəvi hələ də eyləmlərini davam etdirirlər. Bu məhbuslar ədalətsiz məhkəmə prosesinə, məhkəmə orqanlarının siyasi məhbusların vəziyyətinə laqeydliyinə və İran İslam Respublikası Kəşfiyyat İdarəsinin müdaxiləsinə qarşı məhkəmə sisteminin müstəqil olmamasına etiraz olaraq altı gündür ki, aclıq eyləmi keçirirlər.