Dünən bir bəluc vətəndaş Bəlucistandan Təbrizə 2000 kilometrdən çox yol gələrək Traxtor ilə Malvan Ənzəli komandaları arasındakı oyunu Traxtor tərəfdarları ilə birgə izləyib.
Qeyd edək ki, əvvəllər Əhvaz ərəbləri, türkmənlər və qaşqay türkləri də öz milli geyimləri ilə Təbrizdəki Səhənd stadionundakı oyunlarda iştirak ediblər.
Bu səbəbdən Traxtor təkcə sadə bir futbol komandasından daha artıqdır və təkcə Güney Azərbaycan türklərinin deyil, həm də İranın yüz ildən bəri zülmə məruz qalan, səsi kəsilmiş qeyri-fars xalqlarının azadlıq səsidir.