TÜRKSOY-un 30 illiyi qeyd edildi – FOTO

by Samir Asadli
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO yanında Daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala-konserti keçirilib.

Tədbirin açılışında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un yaradılması tarixindən danışıb və yarandığı gündən etibarən ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini bildirib.
Tədbirdə UNESCO Baş direktorunun Afrika Prioriteti və Xarici Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah çıxış edərək, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqində UNESCO-TÜRKSOY əlaqələrinin və əməkdaşlığının əhəmiyyətini qeyd edib. (Trend)

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK