Ərdəbildə olan hava çirkliliyi və toz daxili mənşəlidir və əsasən Urmu gölünün cənubundan başlayan fırtınanın nəticəsidir.
O, İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin də bunu təsdiq etdiyini bildirib.
Qeyd edək ki, Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınaları ətraf əyaltlərə yayılmaqdadır.
Bir gün əvvəl isə duz fırtınasının Qoçşaçay (Miyandab) rayonunu bürüdüyü barədə məlumatlar yayılmışdı.
Səhiyyə mütəxəssisləri duz fırtınalarının kənd təsərrüfatına zərəri ilə yanaşı, onun insanların sağlamlığına da ciddi təhlükə olduğu barədə xəbərdarlıq edirlər.