Urmu həbsxanasında aclıq edən azərbaycanlı məhbusun vəziyyəti ağırlaşıb

by Samir Asadli

Urmu həbsxanasında saxlanılan və yanvarın 13-dən aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlaninin vəziyyəti ağırlaşıb.

Bu barədə insan haqlar fəalları onun ailəsinə istinadən məlumat yayıb.

“Uzun müddətdir aclıq aksiyası keçirən Hamidin qan şəkəri kəskin düşüb və o ağır vəziyyətdə klinikaya köçürülüb. Həbsxana rəhbərliyi onun ailəsinə zəng edərək həsxanaya getmələrini istəyib. Qaraoğlaninin hara aparıldığı barədə məlumat verilməyib”,- məlumatda bildirilib.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, “Amerika, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, “Qasım Süleymaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 14 il həbs cəzasına dəyişdirilib.

Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK