Əmir İbrahimli, Əli Vəlizadə, Suheil Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybi, 25 mart 2025-ci il, çərşənbə axşamı günü girov vərəqi verildikdən sonra Urmu Mərkəzi Həbsxanasından azad edilib.
Qərbi Azərbaycan vilayətinin polis komandiri Rəhim Cahanbəxş martın 22-də Urmu xalqının antiterror eyləmi ilə bağlı 22 nəfərin həbs olunduğunu təsdiq edərək, onları “separatçılıq” və “nifrət yaymaq”da ittiham edib.
Qeyd edək ki, kürd terror qruplaşmalarının keçirdiyi mitinqlərdə qondarma Kürdüstan bayrağı açılsa da və separatçı şüarlar səsləndirilsə də onlardan heç kəs həbs edilməyib.