Xoylu milli fəal Cavad Əhmədi Yekanlı həbsə məhkum edilib

by Samir Asadli

oylu-milli-f-al-avad-hm-di-ekanl-h-bs-m-hkumQərbi Azərbaycan əyalətinin Xoy şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi milli fəal Cavad Əhmədi Yekanlının apellyasiya şikayətini təmin etməyib.

O, “hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “rəhbəri təhqir etmək” ittihamına görə isə 16 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan və oktyabrın 18-də təhlükəszilik məmurları tərəfindən həbs edilən milli fəal Cavad Əhmədi Yekanlı dekabrın 2-də 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK