Yaponiya hökumətinin Urmu gölünün bərpası və məhvinin qarşısını almaq üçün İran hökumətinə verdiyi 4 milyon 500 min dollar pul yoxa çıxıb.
Bildirilib ki, Urmu gölünün bərpası ilə bağlı Tokio və Tehran arasında 2024-cü ilin oktyabr ayının əvvəlində razılaşma imzalanıb və Yaponiya təfəi bunun üçün əvəzsiz olaraq 4,5 milyon dollar vəait ödəyib.
“Buna baxmayaraq, o gündən bu günə kimi gölün bərpası üçün heç bir iş görülməyib və Azərbaycanın təbiət incisi dahada acınacaqlı vəziyyətə düşüb”,- məlumatda bildirilib.
Xatırladaq ki, Yaponiya son dəfə 2025-ci ilin aprel ayında da yenidən Urmu gölünün bərpası üçün 3.3 milyon dollar vəsait ayırıb.
Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Urmiya gölündə su miqdari təxminən 1 milyard kubmetr civarındadır və bu tendensiyanın davam edəcəyi təqdirdə yayın sonuna kimi gölün tamamilə quruyacağı proqnozlaşdırılır.