DAK İdarə Heyətinin başsağlığı mesajı

by Samir Asadli

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti Dövlət İqtisad Universitetinin professoru, hörmətli alim və ziyalı Ümüdvar Əliyevin oğlu Tural Əliyevin faciəli şəkildə həlak olması xəbərini dərin üzüntü ilə qarşıladı.

Tural Əliyevin vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, eyni zamanda elmi və ictimai çevrələr üçün böyük itkidir. O həm də DAK-ın Avropa ölkələri üzrə koordinatoru Əli Hacı Ağaevlinin qızının həyat yoldaşı idi.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və əzizlərinə səbir diləyir, dərdlərini ürəkdən bölüşürük.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Hörmətlə,
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK