DANIŞAN-VƏTƏN, YOL QARDAŞI-SABİR BƏY !

by Samir Asadli
Məhəmməd Peyqərimiz İmam Əli haqqında danışarkən bunları demişdir : “ Ya Əli,sənin doğulduğunu görməsəydim,sənə Allah deyərdim ! “ Dövrünün elmi-fəlsəfi,poetik düşüncələri ilə hamıdan ondə olan İmam Əliyə Peyqəmbərimiz DANIŞAN-QURAN dedi !
Bəli,Sabir bəyi əyani tanıdığım bu 43 ildə,istər poeziya görüşlərində,istər Ali kürsülərdə,istərsə də getdiyi və getdiyimiz dünya ölkələrində talehimizdən,millətimizdən, “günümüzün çoxu zülmət,azı işıq “ deyən dərdlərimizdən danışdığının şahidi oldum ! O,Üzdən görüb,içinə girib tanıdığım üçün,Sabir bəyə DANIŞAN-VƏTƏN deyirəm !
Dünyanın harasına getdisə VARLIĞINI öz yoluna,öz dərdinə xərclədi ! Çantasında apardığı Azərbaycan nemətlərini,Yardımlının təndir çörəyini,motal pendirini görüçə gələn dostlarla yarı bölüşüb,qərib yurddaşlarımıza VƏTƏN yaşatdı !
Sabir bəy,yol yoldaşından çox,yol qardaşlığı,qan qardaşlığı edib ! Yaşının bizlərdən çox olmağına baxmayaraq,yerişi,danışığı,hər sözə yerində cavab vermək məharətiylə bizlərdən cavan,bizlərdən qüdrətli oldu !
Dünya Azərbaycanlıları Konkresi olaraq,dünyanın hər yerində olduq,2010-cu ilin dekabr ayının 12-də İsveçdə keçiriləcək 21 Azər hərakatının ildönümünə gedirdik.Əməliyyat olunduğumdan,halım həməşəki səfərlərimdən fərqli bir durumda idi.Bakıdan İstanbula,oradan Frankfurkta,bir gün orda qaldığdan sonrasa İsveçə-Hoterburqa uçmalıydıq.Bakıdan İstanbula uçub 8 saat gözləməli olduq.Sabir bəyi uçaqda görmədiyimdən narahat olmuşdum.Sən,demə Millət Vəkilinə lap arxa cərgədə yer veriblər.Uçaq havada bir az məsafə qət etdikdən sonra,gördüm ki,arxadan kürəyimə bir əl dəyir və Sabir bəyin səsini eşitdim,Əli necəsən ? Yanımda əyləşənlər və kənardan hamı Sabir bəyi salamlayırdı.Bəysə hamını qarşılıqli salamlamaqla nəzələrini məndən çəkmirdi.İstanbul hava Limanına endikdən sonra,əl çantalarımızı götürüb gözləməli olduq.Vaxtı öldürmək üçün Sabir bəy bizi çay içməyə dəvət etdi.Bəli,Sabir bəy mənimlə yanaşı oturub əllini kürəyimə çəkib ovuşdurur,elə ağrılarımı azaldır,güc verir,möhkəm olmağımı istəyir.Bəli,mübarizədə ağrılar hiss olunmamalı,məğrur,qururlu və möhkəm olmalısan .
Sabir bəy,ilk dəfə gözləmədiyim halda bütün həyat yolundan,keçirdiyi ağrılardan danışdı.Arada dönüb Sabir bəyə baxırdım.Gözlərində dolu yaş,kiprikləri yaş içində ! Dəhşətli bir mənzərə ! Bu göz yaşları kipriklərdə özünü öldürürdü ! Yanağlardan süzülməyə imkan vermirdi.Vaxt elə tez gəlib keçdiki,Frankfurta gedən uçağa minməyə tələsdik.
Faranfurktda bizi DAK-n Həmsədri Firidun Pərviz Nia və mənim “Hakimiyyət “ şərikim,sayın doktor Müştaq bəy Qacar qarşıladılar.Otelə səhər bu qərib yerlərdəsaat 7-də gəldiyimizdən 12-yə qədər gözləməli olduq. Sabir bəy dostlara fikir vermədən İstanbulda yarımçıq qalmış söhbətinə davam etdi.Yenə həmin dəhşətli səhnənin şahidi oldum.Sabiri bəyi yanımızda VƏTƏN bilib sevirdim,ADAM kimi sevirdim !
Geri döndüyümüzdən az bir vaxt keçməmiş,Sabir bəy zəng vurub görüşmək istədi.Yunus Oğuzun Dram teatrındakı tədbirinə dəvət aldığından,görüşün tez bitməsini istəyirdi.Bu dəfə mən,Sabir bəyə səfərimizin doğmalığından doğan,ona həsr etdiyim şeirimi oxudum.
Heç oxşaya bilmədim,
Solmuşdu səhər-səhər !
Göz yaşımı şeh bilən,
Gülümə bax,AY ALLAH ! Və beləcə Yunus bəyin tədbirini də elə buradaca qeyd etdik !
Ən böyük Sevgimiz-VƏTƏN və YARADAN ! Yaradan yaratdığına yaratmaq bacarığını verirsə,Onun zərrəsi NƏSİMİ,FİZULİ,XƏTAİ,SABİR BƏY RÜSTƏMXANLI deyilmi ?! “Fizulinin məzarıda VƏTƏNDİR“ deyən SABİR BƏY RÜSTƏMXANLI ÖZÜ-VƏTƏN deyilmi ?!
80-illik Yubileyin mübarək YOL QARDAŞIM,DANIŞAN VƏTƏNİM !
ƏLİ HACI AĞAEVLİ
DAK-n Avropa ölkələri üzrə kordinatoru.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK