DAK-ın İrandakı keçkilərlə bağlı bəyanatı

by Samir Asadli

Dünya Azərbaycanlıları Konqresi İranda prezident seçkilərinin ikinci turu ərəfəsində bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:

“İran İslam Respublikasında növbədənkənar prezident seçkilərinin birinci turu başa çatıb. Birinci turda qalib gəlmək üçün namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığından seçkilərin ikinci turu keçirilcək və bu turda birinci turda ən çox səs toplayan iki namizəd – Səid Cəlili və Məsud Pezeşkian  prezident postu uğrunda mübarizəni davam etdirəcək. Əlbəttə, bəllidir ki, İranda prezident məqamının o qədər də ciddi bir önəmi yoxdur. Tehran rejiminin ana siyasətini ölkənin dini lideri müəyyən edir. Prezident isə sadəcə olaraq rəhbərin müəyən etdiyi siyasi xətti icra edir. Amma bununla yanaşı, özünü bütün dünyaya düşmən edən fars-molla rejiminin formal da olsa dövlət rəhbərinin mühafizəkar yox, islahatçı biri olmasına ehtiyac var.

Milyonlarla soydaşımızın yaşadığı İran adlı dövlətin demokratik prinsiplər və milli hallar üzərində idarə olunmasında maraqlı olan Dünya Azərbaycanlıları Konqresi iyulun 5-də keçiriləcək seçkilərlə bağlı Azərbaycan türklərini aktiv olmağa çağırır.Bu gün İranda ciddi sisial, sitasi və milli etirazlar var. Güney Azərbaycan Mili Hərəkatı çox böyüyüb, təsir imkanları genişlənib. Quzey Azərbaycan da bölgədə söz sahibidir və önəmli bir gücə çevrilib. Belə bir şəraitdə Azərbaycan türklərinin seçkidə siyasi iradə göstərərək fars molla rejiminə güc nümayişi vacibdir. Ciddi şəkildə siyasi və milli problemlərin həllinə səbəb olmasa da islahatçı və əslən Güney Azərbaycandan olan Məsud Pezeşkianın ikinci turda qalib gəlməsi daha məqsədəuyğundur.

Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanda yaşayan soydaşlarımızı seçkilərdə fəal olmağa və rejimin mühafizəkar qanadının oyunlarını pozmağa çağırır”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK