Güney Azərbaycanlı tələbə Armita Pavir 15 aylıq həbsdən sonra Təbriz həbsxanasından azad edilib

by Samir Asadli

Tələbə fəalı və Azərbaycan Mədəni Universitetinin Biomolekulyar fakültəsinin tələbəsi Armita Pavir 15 aylıq həbsdən sonra Təbriz həbsxanasından azad edilib.

Armita Pavir 2023-cü ilin sentyabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və Azərşəhr İnqilab məhkəməsində “rəhbərliyi təhqir etmək” ittihamı ilə 7 ay 16 gün, “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə isə 15 ay həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, Armita Pavir saxlanıldığı ağır şəraitə görə həbs müddətində aclıq aksiyası keçirmiş, nəticədə onun sağlamlığında problemlər yaranmışdı.

İnsan haqları təşkilatları onun sağlamlığı və təhlükəsizliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edərək, Armita Pavirin və digər məhbusların ağır vəziyyətinə görə məhkəmə orqanlarını və həbsxana təşkilatını günahlandırıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK