Gürcü yalanları, Gəncə qapıları və Gürcü kilsəsi

by Samir Asadli

Uzun zamandır Azərbaycandan tarixin bütün dövrlərində xaricə oğurlanaraq aparılan milli mədəni dəyərlərimiz sayılan abidələrin və əşyaların axtarışındayam. Təsəvvür edin dünyanın ən nüfuzlu muzeylərində açıq nümayiş etdirilən və gizli saxlanılan minlərə tariximizə aid mədəni abidələrimiz saxlanılır. Qiymətli əşyalardan silah növlərinə, bəzək əşyalarından hər şeyə qədər nə var daşıyıb ölkəmizdən aparıblar. Yüzlərlə bu barədə faktlarım var, lakin dövlət bu işdə maraqlı deyil. Xüsusilə xalqımızın tarixinin bir parçası olan və hazırda Gürcüstanda saxlanılan Gəncə qapılarının orjinalının yerini müəyyən etmək olmur. Çünki o Gürcüstan Kilsəsinə məxsus xüsusi anbarda gizlədilir, bizə isə Gəncəyə aid olan, lakin əsas olmayan qapını göstərirlər ki, budur.

Bu gün Gürcüstan məktəblilərinin bəzilərini Gürcüstanın Kutaisi rayonundakı Helat monastırına aparanda onların “tarix müəllimləri” əsrlərdi orda saxlanılan Gəncə qapılarını şagirdlərə göstərib deyirlər “baxın, bu qapılar böyük gürcü xalq tərəfindən tatarların Gəncə şəhərini almasından sonra zəfər rəmzi kimi gətirdiyi tarixi abidədir”

Qeyd edim ki, Gəncə qapıları XI əsrin ortalarında Şadılılar hökmdarının göstərişi ilə Ibrahim ibn Osman ibn Ənkəveyx tərəfindən hazırlanmışdı. Bu barədə mənbə yazır:
“1063-cü ildə Şəddadilər dövlətinin hökmdarı Əbüləsvar Şavur, Gəncənin girişində, xarici hücumlardan qorunmaq məqsədi ilə, böyük dəmir qapıların quraşdırılmasını əmr etmişdir”
Fikir verin, böyük dəmir qapıların. Bu bir daha göstərir ki, sözü gedən qapı böyük ölçüyə və ağırlığa malik olub.

Gürcü çarı Demetre 1138-1139-cu illər şəhəri güclü zəlzələ dağıdanda o, Gəncəyə hücum etdi, şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və vətənə qayıtdı . Zəfər əlaməti olaraq çar Gəncə qapısını söküb Gürcüstana gətirdi. Gəncəli döyüşçülər İki taylı qapını qorumaq üçün gürcü qoşununa hücum etsə də, çar Demetrenin əmri ilə onlar qətl edilmiş, qapılar sökülən daşları döyüşçü əsgərlərin üstünə tökülməsinə əmr verimişdir. Mənbələrdə yazılır ki, neçə tonluq darvaza, zəlzələdən sağ qalan əhalinin əsir düşmüş hissəsi tərəfindən daşınmışdır. Deyilənlərə görə Gürcüstana olan məsafədə darvazanın altında zəlzələdən tələf olan adamlardan çox gəncəli həlak olmuşdur.
Lakin burda bir məqam var ki, doğurdanmı gürcülərin bu gün Helati monastrında saxladıqları həmin qapı Gəncənin əsl darvazlarıdır? Məntiqlə bu ölçüdə qapı və mənbələrdə qeyd olunan neçə tonluq qapı ilə hazırda orda saxlanılan qapı eynidirmi? Çünki tarixi mənbələrdə Gəncəlilərin 1.80-dən yüksək boya, hündürboy olduqları yazılır və ən əsası da döyüşçülərin çoxu da qapıdan at üstündə qalaya daxil olmasını nəzərə alsaq bu qapıların hazırkı ölçüsü o standartlara cavab vermir.

Qdyd edim ki, məhz bu qapıların möhkəm olması səbəbilə Gəncə dəfələrlə hücumların qarşısını ala bilib. Zəkəriyyə əl-Qəzvini Gəncənin müsəlman aləminin sərhəd vilayətində yerləşməsini, möhkəm istehkamları olmasını, sakinlərinin cəsurluğunu xüsusi qeyd edir. Bu səbəbdən monqollar Azərbaycana birinci hücumları zamanı (1221) Gəncəni ala bilməmişdir.

Düzdü, Gelatidə saxlanılan bu qapının da Gəncədən gətirilməsi şübhəsizdir. Üstündə Üstündə “Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin” yazısı olan Gəncə qapısının məhz qala qapısının orjinalı olmasına bir növ dəlalət etsə də bu yazıların sonradan ora yazılması ehtimalı da az deyildir. Ola bilsin ki, bu qalanın hansısa qapılarından biri olub, amma məhz giriş qapısı deyildir. Çünki onun ağırlığı neçə ton deyildir.
Əgər iki qapını Gəncədən Gürcüstana mindən çox adam aparıbsa və mindən çox gəncəli yolda ağırlığa dözməyib ölübsə, hazırda monastrda qapını gətirmək üçün üç nəfər kifayət edər. Tarixi mənbələrə və məntiqə əsaslansaq hazırda monastrda saxlanılan qapı o qapı deyildir.
Bəzi mənbələrdə yazılır ki, guya Rusiya kraliçası II Katerina İmeretiya kralı Solomona Gelati monastırının örtüsünün təmiri üçün bir usta göndərir: “Lakin təmir başladıqdan qısa sürə sonra usta ölür. Təmiri davam etdirən işçilər bir müddətdən sonra mismar problemi ilə qarşılaşırlar. Gürcü monarxları da mismar olaraq monastırdakı dəmirdən olan Gəncə qapısının bir tayını parçalanıb mismar kimi istifadə edilməsini əmr ediblər. Beləcə, hazırda Gelati məbədinin dam örtüyündə istifadə edilən mismarlar Gəncə qapısının digər tayından hazırlanmışdır”.
Burdan belə məntiq çıxır ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdcağını düşünürək belə saxta tarix yazmışlar və orjinal qapılar Gürcüstanda hardasa gizlədilir, bizə isə kiçik bir qapını göstərirlər.
Cavad bəy Rəfibəyli “Azərbaycan təsviri sənətin inkişaf tarixi” əsərində qapılar haqda yazlb: “… gürcü çarı I Demetri Gəncə qapısının iki tağını deyil, Gürcüstana bir tağını aparmışdır. İkinci tağ Dərbəndə gedib çıxmış və orada əridilmişdir” (ondan güllə düzəldiyi söylənilir)”.
Demək Gürcüstanın burda bir neçə yalanı ortaya çıxır..
1) Gelati məbədinin dam örtüyündə istifadə edilən mismarlar Gəncə qapılarından hazırlanmayıb.
2) Dərbəndə satılan bu qapının digər hissəsidir.
3) Əsl və ağırlığı neçə ton olan qapı(lar) hazırda Gürcüstan kilsəsinin xüsusi nəzarəti altında saxlanılır.
Hazırda Gelati monastrında göstərilən qapının ölçüləri hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da bir-birinə çarmıxlarla möhkəm bağlanıb. Bu ölçüdə qapı əsla müdafiə üçün yaradılan qapı standartlarına da uyğun gəlmir. O dövrün insanların fiziki göstəriciləri, Gəncə qalasının memarlıq üslubu göstərir ki, orjinal qapılar 3-5 ton arası ağırlıq daşıyır.
Əgər bu orjinal qapılar olsaydı bir neçə dəfə imkanlı azərbaycanlılar külli miqdarda pul təklif edəndə onu satmaq fikirində olmazdılar. Hətta bir neçə il öncə artıq 2 milyon dollardan çox qiymətə qapını satmağa da razı idilər. Lakin Saakaşvili hakmiyyətə gələndən sonra razılaşma pozulmuşdur. Çünki Gürcü Kilsəsinin Müqəddəs Sinodunun başçısı Katolikos-Patriarxı razı olmamışdı bu anlaşmaya. Səbəb də müsəlmanların qədim tarixini göstərən belə qapıların əhalisinin böyük hissəsinin islam dininə məxsus plan dövlətə verilməməsidi. Çünki Gürcü kilsəsi Gəncəyə müsəlman şəhəri kimi baxmır və onlar buranı öz “torpaqları” hesab edirlər. Bu imtinanın arxasında xristian təəssübkeşliyi durur .
Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı orjinal və əsl Gəncə qapısı deyldir. Bu Gəncəyə aid olsa da, Qalanın bürclərindən birinin qapısıdır, bu Qalanın giriş hissəsində olan qapı deyil. Orda bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bir çox bizim qədim əşyaları da qapı kimi hardasa bərk-bərk qorumaqdadılar.
Gürcüstan xarici işlər naziri də dəfələrlə bizim təklifə baxmayaraq açıqlamanı təkrar edirlər
“Gəncə qapıları məsələsinə gəlincə, bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur”
Biz uzun zamandır Gürcüstanda dostlar vasitəsilə orjinal qapıların yerini axtarırıq. Təxminlərimizə görə bu üç yerdən birində ola bilər
Zarzma monastırı,Cvaris Mama kilsəsi yaxud da Sioni Məryəmin vəfatı kafedralında. Amma yenə axtarışlarımız davam edir. Əvvəl axır biz tarixi qapıların orjinalının yerini müəyyən edəcəyik. Onda görək Gürcüstan rəsmiləri nə cavab verəcək

Zaur Əliyev, dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK