Keçmiş siyasi məhbus Armita Pavir həbsxana gözətçisindən “öldürmək niyyəti ilə döymək” ittihamı ilə məhkəməyə şikayət edib.
Armita Pavir bildirib ki, “bu işin nəticəsi nə olursa olsun onun üçün qələbə ilə bitəcək, çünki hökm Samiya Qafurinin xeyrinə çıxarılarsa, bu, hücumun sifarişli olduğunu isbatlayacaq.”
Həbsxana təcrübəsi olan vəkil Qasım Bodi həbsxana rəsmilərinin təhlükəsizlik və məhkəmə qurumlarının dəstəyi ilə məhbusları döydüyünü, təhqir etdiyini işgəncələrə məruz qoyduğunu bildirib.
Məhbuslara qarşı təzyiqlər, xüsusilə də siyasi məhbuslara və İslam Respublikası əleyhdarlarına qarşı olanlara qarşı sistemli təzyiqlər daha əvvəl də İranın müxtəlif həbsxanalarından dəfələrlə bildirilmişdi.
Həmçinin, İran məhkəmə orqanları tərəfindən məhbusların insan hüquqlarının kütləvi şəkildə pozulması nəticəsində məhbusların intiharı və özünü yandırması ilə bağlı xəbərlər əvvəllər də dəfələrlə gündəm olub.