Mərənd şəhərinin İslami İrşad İdarəsi və Elektrik Şöbəsinin məsul şəxslərinin diqqətsizliyi və səriştəsizliyi ucbatından Aşıq Qəşəm Quruşunun konseri qaranlıq çəraitdə keçib.
Bu barədə azərbaycanlı fəal Əlirza Fərşi yazıb: “Zalın direktorunun sözlərinə görə, elektrik enerjisi idarəsinin məsul şəxsləri deyiblər ki, biz elektrik enerjisinin kəsilmə vaxtını bilmirik və elektrik enerjisi birbaşa Tehrandan kəsiləcək. Direktorun sözlərinə görə elektrik enerjisinin dəqiq kəsilmə vaxtı şəhər rəsmilərinin əlində olub və onlar bunu Tehran tərəfindən tətbiq olunduğuna dair yalan danışırlar. Tamaşaçılar etiraz edirlər ki, niyə mümkün riskləri qarşılamaq üçün elektrik mühərriki verilmir və niyə Mərəndin ən məşhur zalında belə imkanlar yoxdur?!” – deyə Fərşi bildirib.
Əlirza Fərşinin sözlərinə görə konsert qaranlıqda keçsə də tamaşaçıların çoxu zalı tərk etmədən konsertdə sona qədər iştirak ediblər.