Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı həbs cəzasına məhkum edilib.
Şəbistər şəhərinin İnqilab Məhkəməsi milli fəal barədə 3 ay 1 gün azadlıqdan məhrumetmə qərarı çıxarıb.
Bundan əvvəl “Hakimiyyətə qarşı təbliğat” və “rəhbəri təhqir etməkdə” günahlandırılan Mürtəza Nurməhəmmədi Nadarlı barədə ikinci ittiham ləv edilib və o birinci ittihama görə cəzalandırılıb.
Qeyd edək ki, Nurməhəmmədi ötən ilin sentyabr ayında qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.
Bundan sonra o saxlanılıb və dindirilıdikdən sonra Təbriz həbsxanasına köçürülmüşdü.
Milli fəal 28 noyabr 2023-cü ildə girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.