Urmu gölü su hövzəsində yerləşən məşhur bataqlıq-göllərdən olan Qaraqışlaq da tamamilə qurumaq təhlükəsi ilə üzləşib.
O, Qaraqışlağın standart su həcminin 64 milyon kubmetr olduğu halda, hazırda orada yalnız 7 milyon kubmetr suyun olduğunu deyib.
Qeyd edək ki, Qaraqışlaq bataqlığı beynəlxalq qeydiyyata alınıb.
22250 hektar sahəsi olan bataqlıq bitki və heyvan müxtəlifliyi, 153 növ quş növünün yaşadığı yer olması ilə tanınır.