Səhər Məmizadə Ərdəbildə həbs edilib

by Samir Asadli

Ərdəbildən olan azərbaycanlı mülki fəal Səhər Məmizadə 2025-cü il iyunun 18-də SEPAH məmurlarının evinə basqını zamanı həbs edilib.

Evə daxil olan məmular fəalın ailə üzvlərini təhdid edərək mobil telefonlarını müsadirə ediblər.

Məlumatlı mənbələrə görə, Səhərin ailəsi o həbs olunduqdan sonra bir neçə həftə onun taleyindən, sağlığından xəbərsiz olublar. Nəhayət, davamlı tələblərdən sonra ona qısa bir ziyarətə icazə verilib. Bu zaman onun təkadamlıq kamerada, ağır fiziki və ruhi işgəncələr altında saxlandığını üzə çıxıb. Onun bədənində çoxlu yara izləri olduğu bildirilir, özünün dediyinə görə, dindirmələr zamanı ondan etiraf ala bilmək üçün onu dar ağacına aparıblar.

29 yaşlı Səhər Məmizzadə bundan əvvəl Tumac Salehini (etirazçı repçi) dəstəklədiyi və Məsud Pezeşekianın adını çəkdiyinə görə ötən ilin noyabrında onlayn etiraz fəaliyyətlərinə görə həbs edilmiş və zaminə buraxılmışdı.

Bu azərbaycanlı fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK