Təbrizdə məhbus fəala dəstək posterləri yayılıb

by Samir Asadli

Təbrizin ictimai yerlərində həbsdə olan milli fəal, tanınmış idmançı Kərim İsmayilzadəyə dəstək elan və posterləri yayılıb.

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən “Telegram” kanalı məlumat yayıb.

Yayılan posterlərdə Kərim İsmayılzadənin həbsinin sifarişli və ədalətsiz olduğu bildirilib, onun sərbəst buraxılması istənilib.

Posterlərin üzərində “türk özgürlüyü yolunda ölümə doğru elə gedərik ki, ölüm bizdən qorxar” mətni yazılıb.

Qeyd edək ki, “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü yaşamaq üçün Təbriz həbsxanasına köçürülüb.

Bir neçə xəstəlikdən əziyyət çəkən fəal iyunun 25-də mədə qanaxması diaqnozu ilə polis nəzarətində xəstəxanaya köçürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK